AzQtel şirkətinin prezidenti GTI Sammitində çıxış edib
2015-08-06




Şanxay şəhərində Asiyanın mobil sənayə sahəsinə aid ən böyük tədbirlərdən biri - Ümümdünya Mobil Konqressi keçirilib. Əvvəllər Mobile Asiya Expo kimi tanınan kongress çərçivəsində aparıcı Asiya və beynəlxalq istehsalçıları və operatorları, özlərinə məxsus texnologiya, avadanlıq və rabitə xidmətləri sahəsində ən son nailiyyətləri nümayiş etmişdirlər. Sərgi ilə yanaşı Avropa və Asiyanın top-menecerlərinin iştraki ilə bir sıra seminarlar və konfranslar keçirilmişdir. Bu konfranslardan biri China Mobile və Global TD-LTE İnitiative assosiasiyası tərəfindən təşkil edilmiş GTI Sammiti idi. Təcrübə mübadiləsi və əməkdaşlıq üzrə açıq qlobal platforma olan GTİ, Şanxayda dünyanın 4-cü nəsil simsiz məlumat öturulmə texnlogiyaları sahəsində fəaliyyət göstərən operatorları toplamışdır.

Tədbiri giriş sözü ilə açan Çin Respublikasının Sənayə və İnformasiya Texnologiyaları nazirinin müavini cənab Zhang Bing TDD LTE texnologiyanın inkişafında və yayılmasında GTI platformasının xüsusi rolunu qeyd edib. Dünyanın ən böyük TDD LTE şəbəkəsinin sahibi olan China Mobile şirkətin idarə heyyətinin sədri şəbəkələrində məlumat ötürücülərinin ən yüksək sürətə nail olması barədə məlumat verib. Daha sonra,  NTT DoCoMo, SK Telecom, KDDI və digər böyük operatorların rəhbərləri texnologiyanın inkişafı ilə bağlı öz fikirlərini bölüşdülər.

Təşkilatçıların dəvəti ilə Azqtel şirkətinin  prezidenti Ceyhun Mollazadə sammitdə iştirak edib. SAZZ brendi altında fəaliyyat göstərən Azqtel şirkəti Azərbaycanın ən böyük 4G internet provayderidir. 
«Bazarları inkişaf etməkdə olan ölkələrdə operatorlar üçün yeni imkanlar» mövzusu ilə bağlı çıxış edən cənab Mollazadə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sahəsinin, xüsusilə telekommunikasiya və yüksək texnologiyalar sektorunun inkişafına təkan verən neft-qaz sektorunun müvəffəqiyyətləri haqqında danışıb. Ölkəmizin genişzolağlı internetin yayilması və istifadəçilərin sayına görə bölgədə lider olması da qeyd olunmuşdur. GTI İdarə heyətinin üzvü və SoftBankın Baş məsləhətçisi Cənab Matsumoto moderatorluğu altında keçirilən müzakirədə TDD LTE texnologiyanın xüsusiyyətləri və üstünlükləri, eləcə də rəqabət mühitində uğurlu biznes modelləri müzakirə olunub.